Paytaxt Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.8 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.