“FourFourTwo” nəşri planetin ən güclü mütəxəssislərinin siyahısını dərc edib.

Offsideplus.az xəbər verir ki, dünyanın ən yaxşı məşqçisi Manchester City-nin baş məşqçisi Xosep Qvardiola başçılıq edir. 2-ci pillədə Real-ın sabiq çalışdırıcısı Zinəddin Zidan yer alıb. İlk “üçlüy”ü Atleticolu Dieqo Simeone qapayır.
Massimiliano Alleqri (Juventus), Yurgen Klopp (Liverpool), Didye Deşam (Fransa millisi), Maurisio Poçettino (Tottenham), Maurisio Sarri (Chelsea), Yulian Naqelsman (Hoffenheim) və Ernesto Valverde (Barcelona) də ilk “10-luğ”a daxil edilib.