Belçika liqasında keçirilən matçda maraqlı hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, Royal Mouscron - Oostende matçında Vanlerbergenin Oostende futbolçusu Birger Verstraetə qarşı etdiyi qayda pozuntusundan sonra hakimdən sadəcə sarı kart gördü.

Vanlerbergenin Verstraetin ayaq biləyinə çox sərt müdaxilə etməsi səbəbindən futbolçu qırıq şübhəsi ilə oyundan çıxarıldı.

Matçdan sonra edilən yoxlanışda xoşbəxtlikdən qırıq olmadığı aşkarlandı.

Bu qədər sərt qayda pozuntusuna hakimin sadəcə sarı kartla kifayətlənməsi Belçikada gündəm oldu.