Peşəkar Futbol Liqası (PFL) bu gün keçirilməsi nəzərdə tutulan oyunlara hazırlıqla bağlı məlumat yayıb.

Offsideplus.az xəbər verir ki, məlumatda ölkə ərazisindəki qeyri-sabit hava şəraitinin davam etməsinə, güclü qar yağmasına baxmayaraq, ümumi vəziyyətin nəzarət altında olduğu bildirilib. 

Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, komandalar qırmızı toplarla təmin olunur. Əgər hər hansısa matç təxirə salınarsa, bu barədə rəsmi açıqlamanın veriləcəyi vurğulanıb.

Qeyd edək ki, bu gün Azərbaycan Kubokunda 2 ,1-ci Liqada 2 , 2-ci Liqada 2 və Əvəzedicilər liqasında 1 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.