"Barselona"nın və "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri Belçika millisinin baş məşqçisi postuna əsas namizədlərdən biri hesab olunur.
Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssis Domeniko Tedeskonu əvəzləyə bilər.
Məlumatı "Voetbal Nieuws" nəşri yayıb.
Anri Belçika millisində Roberto Martinezin köməkçisi kimi çalışarkən futbolçularla, o cümlədən Romelu Lukaku və Kevin De Bruyne kimi millinin ulduzları ilə yaxşı münasibətlər qurub. Məhz bunları nəzərə alan federasiya Anri ilə danışıqlara başlamağı planlaşdırır.