Adı "Fənərbağça" ilə hallanan Anderson Taliskanın karyerasını harda davam etdirəcəyi bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş"ın sabiq futbolçusu qış "transfer pəncərəsi"ndə "Əl-Nəsr"dən ayrılmayacaq. Bu barədə "Al-Midan Sports" məlumat yayıb.
Həmçinin oyunçu üçün Səudiyyə Ərəbistanı təmsilçisinə heç bir rəsmi təklifin gəlmədiyi qeyd olunub.
Xatırladaq ki, Taliskanın hazırki klubu ilə 1.5 illik müqaviləsi var.