Türk ulduz futbolla vidalaşıb.

Offsideplus.az xəbər verir ki, Ömer Toprak sosial şəbəkə hesabında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Ömer professional karyerasına "Frayburq"da başlayıb. Ardınca "Bayer 04", "Borussia Dortmund", "Verder Bremen" və "Antalyaspor" formaları geyinib.

Qeyd edək ki, 35 yaşlı Toprak Türkiyə millisində də 27 oyunda çıxış edib.