Azərbaycan əsilli türkiyəli məşqçi Sərvət Çətinin yeni iş yeri bəlli olub.

Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Türkiyənin I Liqa təmsilçisi “Amed”in baş məşqçi postuna təyin edilib.

Bu barədə sözügedən klubun mətbuat xidməti informasiya yayıb.

Qeyd edək ki, “Amed” I Liqada 11 turdan sonra 13 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.