Minsk “Dinamo”su avrokubokların qrup mərhələsində ev oyunlarını Azərbaycanda keçirəcək.

Offsideplus.az xəbər verir ki, hazırda Avropa Liqasının pley-offunda iştirak edən Belarus təmsilçisi Belçika “Anderlext”i keçə bilməsə, Konfrans Liqasının qrupunda çıxış edəcək. 

Bildirilib ki, “Dinamo” qrup mərhələsinin oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qəbul edəcək. Artıq Azərbaycan tərəfi ilə bütün detallar razılaşdırılıb.