Portuqaliyanın Porto klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, komandanın əsas "qol silahı" olan Vensan Abubakar zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə kamerunlu hücumçunun çempionatda “Tondela”ya qarşı keçirilən oyunda dizindən zədə aldığı bildirilib.
Abubakar 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
“Portu” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 3-də “Qalatasaray”la qarşılaşacaq.