"Real"ın sabiq baş məşqçisi Fabio Kapello, Kriştiano Ronaldo və Lionel Messinin FİFA-nın ilin ən yaxşıları ilə bağlı mükafatlandırma mərasiminə qatılmamasını pisləyib.

Offsideplus.az xəbər verir ki, Kapello İngiltərə mətbuatına açıqlamasında Ronaldo və Messinin hörmətsizlik etdiyini deyib:

“Ronaldo və Messinin mərasimə qatılmaması hörmətsizlikdir. Onlar bu mükafatı qazananda hər kəs mərasimdəydi. Uzun müddət idi ki, onlar qazanırdı. Uduzmaq istəməzdilər. Lakin məğlub olsan belə, qalibə hörmət etməlisən”.

"Yuventus"un futbolçusu Ronaldo, sıx oyun qrafikini əsas gətirərək, mərasimə qatılmamışdı. Messi isə şəxsi məsələlər səbəbindən mərasimə qatılmaqdan imtina etmişdi. İlin ən yaxşı futbolçusu "Real"ın futbolçusu Luka Modriç seçilib.