“İnter Mayami”nin hücumçusu Lionel Messi Çin və ispan dillərində yazı dərc edərək, Honq-Konq millisi ilə yoldaşlıq görüşündə (4:1) iştirak etməməsinin səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz azarkeşlərə məyus olduğunu bildirib:
“Çin və Honq Konqdakı bütün azarkeşlərə və dostlara salam. Mətbuat konfransında dediyim kimi, qasıq nahiyəsindən zədə aldığım üçün Honq-Konqda yoldaşlıq görüşündə oynaya bilmədiyim üçün təəssüflənirəm. Zədəm ağırlaşdı. Məni tanıyan dostlar başa düşəcəklər ki, hər oyunda əlimdən gələni etmək istəyirəm.
Ümid edirəm ki, hələ də Honq-Konqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq".