“Cincinnati” klubunun argentinalı futbolçusu Luçiano Akosta 2023-cü il mövsümü üçün MLS Amerika Liqasının ən dəyərli oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Çempionat ərzində Akosta 32 görüşdə 27 təsirli hərəkət (17+10) edib.
İki dəfə ayın oyunçusu seçilib. 10 matçda 4 qol və məhsuldar ötürmə ilə çıxış edib. “Cincinnati” 2023 mövsümündə tarixində ilk dəfə MLS müntəzəm mövsümünün qalibi olub. İndi komanda pley-offda final kuboku uğrunda mübarizəni davam etdirir və dekabrın 3-də yarımfinalda “Kolumbus”la qarşılaşacaq.