Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb. 

Offsideplus.az  AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan - Niderland: Təyinatlar
Hakimlər: 
Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou
Hakim-inspektor: Sebastian Stauicki (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)

Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında keçiriləcək  saat 20:00-da başlayacaq.