“İsveç çempionatı kifayət qədər güclüdür”.
Offsideplus.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın sabiq hücumçusu Musa Qurbanlıya məxsusdur.
İki ay öncə “Yurqarden”lı 3 illik müqavilə imzalayan Qurban Qurbanovun 22 yaşlı oğlu Azərbaycan və İsveç çempionatlarını müqayisə edib:
“Əvvəllər “Qarabağ”da oynamışam, yaxşı komandadır. Amma çempionat olaraq İsveç Allsvenskanı Azərbaycan Premyer Liqasından güclüdür.
Bütün matçlar çətin keçir. Turnir cədvəlinin aşağı pillələrindəki komandalar da favoritlərə qarşı uğurlu çıxış edirlər”.(sportinfo.az)