Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” klubu bu gün ilk yoxlama oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşacaq. “Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “Fatih Karagümrük”lə Türkiyə Super Liqasında mübarizə aparır.

Qeyd edək ki, "Zirə" Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. Türkiyə 1-ci liqasında mübarizə aparacaq “Qaziantep”lə qarşılaşacaq komandanın sonuncu rəqibi hələlik məlum deyil. Paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində "Kəpəz"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.