Futbol üzrə Cənubi Koreya çempionatında 20-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Tedjon Xana Sitizen" səfərdə "Seul"la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb - 0:0.
Yığmamızın müdafiəçisi bu oyuna start heyətində meydana çıxıb və sonadək oynayıb. O, matçın 64-cü dəqiqəsində sarı vərəqə almaqla "fərqlənib".
Qeyd edək ki, Antonun komandası 28 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.