"İnter Mayami" klubu Anxel Di Mariyanı heyətinə cəlb etməyi planlaşdırır. 

Offsideplus.az xəbər verir ki, MLS təmsilçisi argentinalı oyunçunu azad agent kimi transfer etmək istəyir. Tərəflər danışıqlar aparır. 

Avropa klubları, xüsusilə də "Benfika" Di Mariya üçün prioritetlərdəndir. "İnter Mayami" Serxio Busketsi də transfer etməyi düşünür. 

Qeyd edək ki, klub daha öncə Leo Messi transferini açıqlayıb.

 

Günay Xəlil