Səudiyyə Ərəbistanının "Əl-İttihad" "Real Madrid"dən ayrılan Kərim Benzemanı heyətinə cəlb edib. 

 Offsideplus.az xəbər verir ki, ərəb klubu daha bir ulduz futbolçunu transfer edəcək. Söhbət "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kantedən gedir. 

Klub və fransız oyunçu razılıq əldə edib, müqavilənin son detalları müzakirə olunur. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Sözləşmənin müddəti 2025-ci ilədək olacaq, illik məvacib 100 milyon avro civarındadır. 

 

Günay Xəlil