Ukrayna Premyer Liqasında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Musatafayevin çıxış etdiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rux” ilə üz-üzə gəlib. Görüş heç-heçə başa çatıb – 0:0.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Aleksandriya” cari mövsümü 44 xalla 16 komanda arasında 6-cı pillədə başa vurub.