Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin çıxış etdiyi "Aleksandriya"  öz meydanında Kiyev "Dinamo"su ilə qarşılaşıb. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 1:5.

U-21 millimizin üzvü də bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, "Aleksandriya" 42 xalla turnir cədvəlinin 5-ci, "Dinamo" (Kiyev) isə 53 xalla 4-cü pillədə yer alıb. Turnir cədvəlinə 66 xalla Donetsk "Şaxtyor"u başçılıq edir.