Ukrayna Premyer Liqasında 26-cı turun oyunları davam edir.

 Offsideplus.az xəbər verir ki, U-21 millimizin sabiq üzvü Dmitri Nağıyevin çıxış etdiyi "İnqulets" öz meydanında Donetsk "Şaxtyor" ilə qarşılaşıb və 0:2 hesabıyla məğlub olub. 

27 yaşlı müdafiəçi bu görüşdə meydana çıxmayıb. Onun adı iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, bu nəticə ilə "İnqulets" 27 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. "Şaxtyor" (Donetsk) isə 63 xalla liderdir.