Anderson Taliska "Əl-Nəssr"də qalacaq. 

Offsideplus.az xəbər verir ki, adı türk klubları ilə hallanan Taliska ərəb klubu ilə yeni müqavilə imzalayıb. O, 2026-cı ilədək "Əl-Nəssr"in formasını geyinəcək. Bu barədə Fabritsio Romano jurnalist məlumat yayıb.

 Taliskanın Kristiano Ronaldo ilə münasibətləri əladır və futbolçu yanvar ayında heç vaxt klubu tərk etmək istəməyib.