Azərbaycan millisinin üzvü Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"su baş məşqçisi Ante Çaçiçlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Dinamo" 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir. Lakin komanda son son 5 matçın yalnız 1-də qalib gəlib.

Qeyd edək ki, Mahir Emreli bu ilin fevralında Türkiyənin "Konyaspor" klubuna icarəyə verilib.