Millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Tecon Xana Siti" növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, sözügedən komanda Cənubi Koreya çempionatının (K Liqa 1) 2-ci turunda səfərdə "İnxon Yunayted"lə (3:3) heç-heçə edib.
Krivotsyuk da matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Müdafiəçi 36-cı dəqiqədə sarı vərəqə almaqla "fərqlənib".
Qeyd edək ki, 25 yaşlı futbolçu qış fasiləsində Polşanın "Visla" klubundan Cənubi Koreya təmsilçisinə keçib.