Azərbaycan millisinin üzvü Anton Krivotsyuk yeni komandası - "Tecon Xana Sitizen"də debüt edib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin yenicə, transfer olduğu klub Cənubi Koreyanın K1 Liqasının ilk turunda "Qanqvon"la üz-üzə gəlib. Oyun "Tecon Xana Sitizen"in qələbəsiylə başa çatıb - 2:0.

Anton da bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan milli üzvü sona qədər meydanda qalıb.

Qeyd edək ki, Krivotsyuk qış fasiləsində Polşanın "Visla" klubundan Cənubi Koreya təmsilçisinə transfer olmuşdu.