İtaliyanın “Benevento” klubunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib. 

Offsideplus.az xəbər verir ki, bu barədə B seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

O, komandanın uğursuz çıxışlarına görə komandadan qovulub. 

Qeyd edək ki, Kannavaro 2022-ci ilin sentyabrında "Benevento"ya baş məşqçi təyin edilmişdi. “Benevento” 23 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.