"Fatih Karagümrük" klubundan ayrılan Stiven Kukerin yeni ünvanı bəlli olub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi karyerasını İngiltərədə davam etdirəcək. İngiltərəli futbolçu Çempionşipda mübarizə aparan "Uiqan" klubuna keçib. Tərəflər arasında mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Stiven Kuker mövsümün əvvəlində "Fənərbaxça"dan "Fatih Karagümrük"ə transfer olunmuşdu.