Futbol üzrə Niderland 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün də çıxış etdiyi evdə "Venlo" ilə qarşılaşıb. Görüş "Eyndhoven"in məğlubiyyəti ilə başa çatıb - 0:2.

Ozan da bu oyunun iştirakçısı olub. O, matça ehtiyatda başlayıb və 61-ci dəqiqədə meydana daxil olub. Ozan Can 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Eyndhoven" 18 turdan sonra 32 xalla 4-cü sıradadır.