Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə çempionatında 10-cu tur oyununa çıxıb.


Offsideplus.az xəbər verir ki, komanda öz meydanında “Sion”la qarşılaşıb. Oyun 4:4 hesabı ilə başa çatıb. Renat bu görüşdə iştirak etməyib. Hücumçunun adı iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Qrasshopper” hazırda 14 xalla 10 kollektiv arasında 5-ci pillədə yer alıb.