Azərbaycan millisinin üzvü Anton Krivotsyuk "Visla"da növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Plotsk təmsilçisi XII turda "Yagelloniya" ilə qarşılaşıb. 

Krivotsyuk 1:1 hesabı ilə yekunlaşan matçın start heyətində meydana çıxıb və 62 dəqiqə oynayıb.

Qeyd edək ki, ​“Visla” turnir cədvəlində 12 oyundan sonra 21 xalla 2-cidir.