Sentyabrın 21-də "Sumqayıt"la yollarını ayıran Aleksey Baqa Belarus millisinin baş məşqçisi ola bilər.

Offsideplus.az "Pressball" nəşrinə istinadən xəbər verir ki, 41 yaxşlı mütəxəssis "Minsk"in baş məşqçisi Vadim Skripçenko ilə birlikdə bu vəzifəyə namizədlər arasındadır. UEFA Millətlər Liqasında Azərbaycan seçməsi ilə eyni qrupda mübarizə aparan Belarus yığması qrupu 3 xalla sonuncu pillədə başa vuraraq D Liqasına düşüb.

Qeyd edək ki, Baqa 2021-ci ilin dekabrından "Sumqayıt"ın baş məşqçisi vəzifəsində çalışırdı.