Azərbaycan Futzal Federasiyasında yeni təyinat reallaşıb.

Offsideplus.az xəbər verir ki, Eldəniz Yusubov 17 və 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin meneceri təyin olunub.

Qeyd edək ki, E.Yusubov daha öncə "Keşlə"də (hazırkı "Şamaxı") eyni vəzifəni yerinə yetirib. O, "Neftçi" və AZAL  klublarında da işləyib.