Azərbaycan millisinin üzvü Renat Dadaşov İsveçrə çempionatında avqust ayının ən yaxşı futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 23 yaşlı forvard "Qrasshopper"in heyətində 3 qola imza atıb. Komanda hazırda turnir cədvəlində 12 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb.