Artıq dünəndən Azərbaycanda ilk dəfə təşkil olunan UEFA Region Kubokunun oyunları başlayıb.

Ölkəmizi isə bu turnirdə Region Liqasının qalibi olan "Cəbrayıl" təmsil edir.

Lakin ölkə çempionatı, ölkə kubokunun və bir sıra mühüm yarışları yayımlayan "CBC Sport" telekanalı bu turnirin matçlarını göstərmir.

Məsələ ilə bağlı kanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq.

Abbasov Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bunun səbəbi ölkə çempionatıdır. Çünki hakimlər yeni mövsümdən əvvəl VAR sisteminə uyğunlaşmaq  və FİFA-nın icazəsini almaq üçün müəyyən sayda oyunlar idarə etməlidir. Burda da televiziyanın köməyi olmalıdır. Hazırda çəkiliş heyətimiz bu mövzuda hakimlərimizə kömək edir".

Cavid Əliyev