"Konfrans Liqasına layiqli şəkildə vəsiqə qazandıq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Rövlan Muradov deyib.
O, "Şamaxı"ya 1:0 qalib gəldikləri oyun haqda bunları danışıb:
"Matçın çətin keçəcəyini bilirdik, buna görə də çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, qalib gəldik və növbəti il avrokuboklarda mübarizə aparacağıq".
24 yaşlı yarımmüdafiəçi komandasının mövsüm ərzindəki çıxışı barədə də danışıb:
"Mövsümün bizim üçün ağır keçdiyini deyə bilərəm. Bəzi yerlərdə enişlərimiz oldu, amma biz ruhdan düşmədik və sonadək mübarizə apardıq. Bizim bir ailə olmağımız buna təsir etdi. Çox şükür ki,məqsədimizə çatdıq. Kollektiv olaraq xoşbəxtik".
Rövlan "Sabah"la oyunun onlar üçün vacib olacağını bildirib:
"Gümüş medal şanlarımız var, buna görə də "Sabah"la matç bizim üçün çox əhəmiyyəlidir. Əlimizdən nə gəlirsə edəcəyik".
Muradov komandadan yeni müqavilə təkli alıb-almaması haqda da fikir bildirib:
"Son oyundan sonra bu barədə danışacağıq. İndidən nəsə demək düzgün çıxmaz".
O, son olaraq transfer təklifləri barədə də danışıb:
"Hələ ki, transfer təklifləri yoxdur. Hazırda bütün fikrimi komandama yönəltmişəm".
Cavid Əliyev