Latviya çempionatında 12-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.

Komanda doğma meydanda “Riqa” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Vüqar  Əsgərov bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Super Nova” 12 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.