Ukraynanın "Dinamo"(Kiyev) klubu "Borussiya" (Dortmund) ilə yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, "Siqnal İduna Park"da oynanılan matç Ukrayna klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ölkədə müharibə şəraiti davam etdiyindən bu gün Ukrayna Premyer Liqasında mövsüm vaxtından əvvəl başa çatdırılıb. Lider Donetsk "Şaxtyor"u çempion elan olunub. "Dinamo" isə 2-ci olub.