"Sultra.tribunnews.com" saytının xəbərinə görə, "Qəbələ"nin iordaniyalı futbolçusu Omar Hani ilə İndoneziyanın "Persiya Cakarta" klubu yaxından maraqlanır.

 Belə ki, komandanın "sükanı arxası"na yeni keçmiş Tomas Doll  APOEL-dən yaxşı tandığı Omarı yenidən sərəncamında görmək istəyir.

Bu məsələ ilə bağlı "Qəbələ"nin mətbuat xitmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Omar Hani ilə bağlı hər hansı təklif almamışıq".

Qeyd edək ki, 22 yaşlı futbolçunun əyalət təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.

Cavid Əliyev