Məlumata görə, yerli və xarici klublardan "Səbail"in müdafiəçisi Adil Nağıyevə təklif var.

Məsələni dəqiqləşdirmək üçün futbolçunun özü ilə əlaqə saxladıq.

26 yaşlı oyunçu Offsideplus.az-a açıqlamasında bunları dedi: "Düzdür, yerli və xarici klublardan təklif almışam. Amma adlarını çəkmək düz olmaz. Hazırda bütün diqqətimi mövsümü bitirməyə yönəltmişəm. Daha sonra transfer məsələləri ilə maraqlanacam".

Qeyd edək ki, Adil Nağıyev 2019-cu ildən "dənizçilər"in şərəfini qoruyur.

Cavid Əliyev