Niderland millisinin baş məşqçisi Lui van Qal xərçəng xəstəliyinin müalicəsini uğurla yekunlaşıdırıb.

 Offsideplus.az xəbər verir ki, 70 yaşlı mütəxəssis bir müddət əvvəl prostat xərçəngindən əziyyət çəkdiyini açıqlamışdı.

Qeyd edək ki, Van Qal DÇ-2022-dən sonra milli komandadan ayrılacaq. Onu bu postda Ronald Kuman əvəzləyəcək.