PSJ, "Real" və "Milan"  Rusiyanın bukmeker kontoru "Fonbet" şirkəti ilə müqaviləni pozub.

Offsideplus.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, hər üç klub adıçəkilən şirkətlə m əməkdaşlığı dayandırıb.Amma Paris təmsilçisinin Moskvadakı akademiyası fəaliyyətini davam etdirəcək. Bu barədə "France Bleu" məlumat yayıb. Hazırda məktəbdə 500 uşaq təhsil alır.

Qeyd edək ki, sözügedən klublar 2019-cu ildən "Fonbet"lə əməkdaşlıq edirdi.