"Foot Mercato"nun xəbərinə görə, "Qarabağ" müqavilə əsasında "Valensiyen"ə məxsus və hazırda "Red Star"da çıxış edən Mussa Quellə maraqlanır.

Məsələni dəqiqləşdirmək üçün Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az açıqlamasında bunları dedi: "Bu məlumat həqiqəti əks etdirmir. "Qarabağ" belə bir futbolçu ilə maraqlanmır".

Qeyd edək ki,fil dişi sahili futbolçu bu mövsüm Fransa 3-cü liqasında 26 matçda 2 qol və 2 məhsuldar ötürmə edib.

Cavid Əliyev

moussa guel et ses coequipiers vont rencontrer angers 3271509 copy