Böyüklərdən ibarət taekvando milli komandamız İran İslam Respublikasına yollanır.

Offsideplus.az xəbər verir ki, paytaxt Tehran şəhərində 6-9 mart tarixlərində keçiriləcək “Fajr Open”, ardından isə 10-13 mart tarixlərində Asiya regionu üzrə “President Cup” G2 kateqoriyalı beynəlxalq turnirində iştirak edəcək millinin heyətində 22 (14 kişi və 8 qadın) taekvondoçu yer alıb.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbəliyi ilə yarışda iştirak edəcək komandamızın heyəti artıq bəllidir.
 
Belə ki, kişi taekvondoçulardan Səyyad Dadaşov, Rahid Vəliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Qaşım Maqamedov (-63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (74 kq), Səid Quliyev (-80 kq), Taleh Süleymanov (-87 kq), Radik İsaev (87 kq yuxarı) mübarizə aparacaq.
 
Qadınlardan isə Minayə Əkbərova, Sona Ağayeva (-46 kq), Röya Hacıyeva (-49 kq), Patimat Abakarova, Səidə Əliyeva (-53 kq), Fatimə Məcidova (57 kq), Nuranə İbrahimova (-62 kq), Fəridə Əzizova (-67 kq) dayanq üzərinə çıxacaq.