Ukrayna millisinin və "Vest Hem"in futbolçusu Andrey Yarmolenko Rusiya və Ukrayna arasında olan gərginlik barədə danışıb.

 Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücmçu rusiyalı oyunçuları tənqid edib: "Rusiyalı futbolçulara bir sualım var.  Niyə yerinizdə səssiz oturub, heç nə demirsiz? Mənim ölkəmdə  insanları, qadınları, anaları, uşaqları öldürürlər. Amma siz bu haqda heç nə demirsiz".