Qış fasiləsində "Keşlə" ilə yollarını ayıran Nicat Qurbanov hazırda klubsuzdur.

29 yaşlı futbolçuya yenidən karyerasını Gürcüstanda davam etdirmək şansı yaranıb. Lakin Qurbanov maaş məsələsində razılaşma əldə edə bilməyib.

Məsələnin nə dərəcədə doğru olduğunu öyrənmək üçün sualı səbabkarın özünə ünvanladıq;

Sözügedən oyunçu Offsideplus.az-a açıqlamasında bunları dedi: "Hələ ki, sakitçilikdir. Düzdür, təklif olub, ancaq pul söhbəti deyil".

Qeyd edək ki, Nicat Qurbanov daha əvvəl Gürcüstan təmsilçisi "Samtredia"da çıxış edib.

Cavid Əliyev