Ukraynanın "Çernomorets"(Odessa) klubunun yeni baş məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, komandanın "sükan"ı arxasında Roman Qriqorçuk gətirilib. 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

O, bu postda Yuri Morozu əvəzləyib.

Qeyd edək ki, Qriqorçuk 2014/18-ci illərdə "Qəbələ"ni çalışdırıb.