"Everton" "Dinamo"nun  ( Kiyev ) futbolçusu  Vitali Mikolenko ilə razılığa gəlib.

 Offsideplus.az xəbər verir ki,  hər iki klub 22 yaşlı müdafiəçinin transferi üçün anlaşmanı tamamlayıb.

Yaxın müddətdə futbolçunun "Everton"a keçidi açıqlanacaq.

Qeyd edək ki, Ukrayna millsinin üzvü 2017-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyur.