Bir dönəm "Fənərbağça" forması geyinən Karlos Kameni maraqlı açıqlaması ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, hazırda Cibutunun "Arta/Solar7" komandasında karyerasını davam etdirən 37 yaşlı qolkiper "Malaqa"dan ayrılma və "sarı-lacivərtlilər"ə keçmə səbəbini açıqlayıb:

"Malaqa"da baş məşqçi Miçel məni komanadada görmək istəmədiyini bildirdi. O anda "Fənərbağça"dan təklif gəldi və mən də qəbul etmək məcburiyyətində qaldım. Məni klubdan ayrılmağa məcbur etdilər. "Fənərbağça"ya getmək mənim seçimim deyildi".

Qeyd edək ki, kamerunlu qolkiper 2017/2019-cu illər aralığında İstanbul klubunda çıxış edib.