"Benfika"nın futbolçusu Nikolas Otemendinin evinə soyğunçu girib.
Offsideplus.az xəbər verir ki, hadisə bazar ertəsi baş verib. 4 şəxsdən ibarət olan quldurlar 33 yaşlı müdafiəçiyə hücum ediblər və boğazını kəmərlə bağlayıblar.
Bildirilib ki, soyğunçular oyunçunun mənzilindən dəyərli əşyaları oğurlayıblar. Portuqaliya polisi faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, Argentina millisinin üzvü 2020-ci ildən Lissabon təmsilçisinin şərəfini qoruyur.